Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal kəskin azalıb

Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal kəskin azalıb
13:52 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 2017-cı ilin yanvar-noyabr aylarında 38,3 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
"Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% azdır.
Bu ilin ilk 11 ayı ərzində külək stansiyalarında istehsal 29,4% azalaraq 11,3 mln. kVt/saata enib. İstilik elektrik stansiyalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalaraq 18 009,8 mln. kVt/saat, su elektrik stansiyalarında isə 9,6% azalaraq 1 623,8 mln. kVt/saat təşkil edib. 
Qeyd edək ki, hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı 20 557,9 mln. kVt/saat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
Məlumat üçün bildirək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ilk 11 ay ərzində 1 563,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6%-lik azalma müşahidə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-kulek-ve-gunes-elektrik-stansiyalarinda-istehsal-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR