Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında

Məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Bibiheybəti xüsusi vurğulayıb.

Jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.

Azərbaycandan olan dizayner Leyla Uluxanlının müəllifi olan kitab dünyanın ən gözəl 53 məscidindən bəhs edir.

Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir.

Yeni ədəbiyyat müsabiqəsi - Yazarlar oxusun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR