Nəhəng dərman şirkətinin rəhbəri və arvadı evində ölü tapıldı

Nəhəng dərman şirkətinin rəhbəri və arvadı evində ölü tapıldı
15:38 16 Dekabr 2017
176 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük dərman şirkətlərindən olan “Apotex” firmasının qurucusu Barri Şerman həyat yoldaşı ilə birlikdə Torontodakı evində ölü halda tapılıb.

Publika.az xəbər verir ki, Kanadanın ən varlı iş adamlarından olan B.Şermanın ölümü şübhəli olduğu üçün polis dərhal istintaq əməliyyatlarına başlayıb.

Cəsədlər analiz üçün tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, B.Şerman “Apotex” şirkətini 1974-cü ildə qurub. Bu şirkət 11000 işçisi ilə dünyanın ən böyük şirkətləri siyahısında 7-ci yeri tutub. Şirkətin illik dövriyyəsi 2 milyardm Kanada dollarıdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR