"Qəbələ" klubu serbiyalı müdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Qəbələ" klubu serbiyalı müdafiəçisi ilə müqavilə müddətini uzadıb
16:02 16 Dekabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ “Qəbələ” klubu futbolçusu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş medal qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Təcrübəli müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan Kubokunda 13 matç (1 qol) keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubu-serbiyali-mudafiecisi-ile-muqavile-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR