Biləsuvarda velosiped avtomobilə çırpılıb, yaralananlar var

Biləsuvarda velosiped avtomobilə çırpılıb, yaralananlar var
16:12 16 Dekabr 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 16 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, velosipedin "Mercedes" markalı minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. 
Biləsuvar sakini, 25 yaşlı velosipedçi Ruslan adlı şəxsin vəziyyəti ağırdır. O, ağır kəllə-beyin xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. 
Digər iki nəfər isə ciddi xəsarət almayıblar.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-velosiped-avtomobile-cirpilib-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR