Türkiyədə əfasnəyə çevrilən futbolçu yenidən transfer ediləcək

Türkiyədə əfasnəyə çevrilən futbolçu yenidən transfer ediləcək
16:33 16 Dekabr 2017
150 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyəni Çempionlar Liqasında uğurla təmsil edən “Beşiktaş” klubu qış pəncərəsindəki transfer siyahısı ilə bütün diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, klub 2015-2016-cı il mövsümündə “Beşiktaş”ı çempion edən Mario Qomezi yenidən transfer etmək niyyətindədir.

Ağ-qaralar ingilis, italiyan və ispan klublarının maraqlandığı ulduz forvard Cenk Tosunu satsa, M.Qomezə transfer təklifi edəcək.

İndidən hazırlıqlara başlayan klub “Volfsburq” komandasında forma geyinən M.Qomezdən müsbət cavab alacağına əmindir.

Qeyd edək ki, “Transfermarkt” almaniyalı futbolçuya minimum 7,50 avro qiymət qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR