4-cü mərtəbədən özünü atmaq istədi - Bakıda

4-cü mərtəbədən özünü atmaq istədi - Bakıda
18:19 16 Dekabr 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qadın intihara cəhd edib.
 
 
 
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
 
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 
 
 
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR