Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlu intihar edib

Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlu intihar edib
18:52 16 Dekabr 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlu Yavuz Yılmaz intihar edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, evində ölü tapılıb.
Belə ki, gecə sürücüsü Y. Yılmazı tək yaşadığı evə gətirib. Səhər evin qapısının açılmaması onun yaxınlarının narahatlığına səbəb olub. Onlar evin qapısını açdıqda Y. Yılmazı ölmüş vəziyyətdə aşkar ediblər.
Məlumata görə, Y. Yılmaz özünü tapança ilə vurub. Hazırda ABŞ-dakı toplantıda iştirak edən Mesut Yılmaz Türkiyəyə qayıdır.
Hadisə ilə bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyenin-kecmis-bas-naziri-mesut-yilmazin-oglu-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR