Doğulunun ən böyük PEŞMANLIĞI: "Vaxtında onu almadım"

Doğulunun ən böyük PEŞMANLIĞI: "Vaxtında onu almadım"
19:28 16 Dekabr 2017
495 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur pop müğənnisi Kənan Doğulu ona verilən “nədən peşmanlıq hiss edirsən” sualına zarafatla cavab verib.

Publika.az xəbər verir ki, ulduz “ən böyük peşmanlığım zamanında “Bitcoin” almamağımdır” deyib.

Müğənni gerçəkdə xarici ölkələrdən gələn təklifləri dəyərləndimədiyi üçün peşman olduğunu dilə gətirib:

“Əslində, “kaş ki, musiqidən başqa heç bir sahəyə girişməsəydim” dediyim zamanlar çox olub. Xarici ölkələrdə çıxış etmək mövzularında özümü çox çarəsiz hiss etdim. Böyük müğənnilər üçün mahnılar istədilər, duetlər istədilər. Mən isə ləng davrandım. Çox vaxtım var imiş kimi…”

Qeyd edək ki, kripto-valyutanın ən güclü növlərindən olan “Bitcoin” hazırda 17700 dollar dəyərindədir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/224560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR