Polşada bazar günü ticarəti qadağan edilir

Polşada bazar günü ticarəti qadağan edilir
19:47 16 Dekabr 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Polşa Senatı bazar günü ticarətini mərhələli şəkildə qadağan edən qanun layihəsinə səs verib.
"Report"un məlumatına görə, bu barədə "DW" xəbər verib.
İstisna olaraq bazar günlərində ancaq kiçik mağazalar işləyəcək. Qeyd edilir ki, Polşa bazar günlərində alış-verişdən tədricən imtina edəcək.
"KAN" agentliyi isə bundan əvvəl qanun layihəsinin Polşa parlamentinin aşağı palatası – Seymi tərəfindən təsdiqləndiyini bildirib.
Prosedur üç mərhələdən ibarətdir - 2018-ci ilin 1 martından ticarət mərkəzlərinə və supermarketlərə ancaq ayın birinci və sonuncu bazar günlərində işləməyə icazə veriləcək. 2019-cu ilin yanvarından isə yalnız ayın sonuncu bazar günü işləməyə icazə veriləcək. Sonuncu mərhələdə - 2010-ci ildə bazar günü ticarəti tamamilə qadağan olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polsada-bazar-gunu-ticareti-qadagan-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR