Avropanın ən yaşlı sakini vəfat etdi

Avropanın ən yaşlı sakini vəfat etdi
19:53 16 Dekabr 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın ən qocaman qadını Ana Vela 116 yaşının tamam olmasından 1,5 ay sonra Barselonadakı qocalar evinin birində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Dərzi işləmiş Ana Vela 1901-ci ildə İspaniyanın Əndəlus vilayətində anadan olub. Onun heç bir xəstəlikdən əziyyət çəkmədiyi bildirilir.

İspaniyanın uzun ömürlülük rəmzinə çevrilən A.Velanın qızlarının birinin 90, nəvəsinin isə 65 yaşı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/224564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR