Türkiyədə 39 terrorçu zərərsizləşdirildi

Türkiyədə 39 terrorçu zərərsizləşdirildi
21:23 16 Dekabr 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə son 1 həftədə keçirilən antiterror əməliyyatlarında 39 PKK üzvü zərərsizləşdirilib.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hərbi Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan ərazilərində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR