Avropanın ən yaşlı qadını öldü

Avropanın ən yaşlı qadını öldü
22:14 16 Dekabr 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

 

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

 

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR