Qəbələnin qış hazırlıq planı bəlli oldu

Qəbələnin qış hazırlıq planı bəlli oldu
22:28 16 Dekabr 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

Komandanın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.

Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR