Bitkoinin qiyməti 19 min dolları ötdü

Bitkoinin qiyməti 19 min dolları ötdü
23:33 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar kriptovalytası bitkoinin qiyməti 19 min dolları ötüb.

Trend-in məlumatına görə, saat 20:14 (GMT+4) üçün bitkoinin qiyməti 19,06 min dollar təşkil edib.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin ümumi kapitallı 316,5 milyard dollar təşkil edib.

Qeyd edək ki, "CoinMarketCap" portalı bu gün mövcud olan bütün kritovalyutaların ümumi kapitalını və orta qiymətini izləməyə imkan verir. Bitkoinlərin orta qiymətinin təyin edilməsi üçün "CoinMarketCap" 20-dən artıq birjanın məlumatını istifadə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/224571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR