Qoç - Xoş və faydalı tanışlıqlarınız olacaq. Bu
gün kommersiya fəaliyyəti və müqavilələr bağlamaq üçün də yaxşıdır.
Önəmli sənədləri imzalamaq olar.
Xırda detallara diqqət yetirmək önəmlidir. Əvvəlcə bu detallar
önəmsiz görünə bilər, lakin sonradan mühüm rol oynayacaq. Gün
tədris, imtahanlara hazırlıq və imtahan vermək üçün də yaxşıdır.
Səyahətə getmək də uğurlu alınacaq.
Buğa - Səliqə-sahman yaratmaq olar: bir çoxları prioritetləri və həyatda tutduqları istiqamətləri nəzərdən keçirmək arzusunda olacaqlar. Hətta ən ünsiyyətcil adamlar ehtiyat edir, gizlənməyə, təmasları azaltmağa cəhd edirlər. Bu, lap gizlənqaç oyununu xatırladır: alma desəm, çıxarsan, armud desəm, yox...
Əkizlər - Maliyyə nöqteyi-nəzərdən uğurlu
gündür, pul gəlirləri ola bilər. Alış-veriş də uğurlu olacaq.
Yaraşıqlı, lakin bir o qədər də önəmli olmayan əşyalar ala
bilərsiniz. Bu günü dostların əhatəsində keçirmək də xoşdur. Bürcün
tənha nümayəndələrini yeni tanışlıqlar gözləyir.
Gələcək barədə ciddi düşünməyin zamanıdır. Bu gün gələcəyiniz
barədə planlar qura bilərsiniz. Yaxınlarınızla dil tapmaq asan
olacaq. Birgə səylər də uğurlu olacaq.
Xərçəng - Bu günə xüsusi plan qurmağa dəyməz, o, rutin və cari işlərin həlli üçün daha münasibdir. Çoxları günü xoş fantaziyalara, şirin xəyallara sərf edirlər. Ancaq çətin ki, bu cür düşüncələr axşam da davam eləsin, günün ikinci yarısı emosional fonun qeyri-sabitliyi səbəbindən qara fikirlər üstün gələcək.
Şir - Qeyri-standart məsələlərin həlli üçün uyğun gün deyil. Yaradıcı potensialınız yüksək deyil, daha çox yoxlanılmış metodlardan istifadə etməyə çalışırsınız. Mübahisələrdə nöqteyi-nəzərinizi müdafiə etmək xoşunuza gəlmir, bu səbəbdən güzəştə gedirsiniz və tezliklə bu əməlinizə görə peşman olacaqsınız.
Qız - Qərarlı və tez hərəkət edin.
Təşəbbüslərinizə görə cəzalanmayacaqsınız. Parlaq şəxsiyyətlər öz
pərəstişkarlarını tapacaqlar. Ekstravaqant hərəkətlər əks cinsin
nümayəndələrinin diqqətini cəlb edəcək.
Bu günü ciddi bir işə həsr etmək istəyənlərə tövsiyə olunur ki,
fəaliyyət panı hazırlasınlar və bunu diqqətlə nəzərdən
keçirsinlər.
Tərəzi - İşgüzar ünsiyyət üçün yaxşı gündür,
vacib görüşlər təyin edə bilərsiniz, boşa getməyəcək. Maraqlı
təkliflər ala bilərsiniz. Unutmayın ki, yalnız gəlir əldə etmək
üçün deyil, həm də ictimai məqsədlərə yönəlmiş layihələr sizin üçün
daha perspektivlidir.
Qəşəng və nadir əşyalara marağınız artır. İncəsənət əsərləri, əntiq
malları sizi möhkəm cəlb edir. Xoşunuza gələn əşyalara çox pul sərf
edirsiniz, tezliklə pulqabınız boşala bilər.
Əqrəb - Hərtərəfli ehtiyatlı olmağınız tövsiyə olunur. Lazımsız xərclərdən, spontan alış-verişlərdən qaçmaq lazımdır. Qumar oyunlarında iştirak etməyin. Bu gün dostlarınız ilə görüş və köhnə əlaqələrin bərpası üçün də uyğundur.
Oxatan - Yalnız öz baxışlarınıza etibar edirsiniz və reallığı qəbul etmək istəmirsiniz. Bu da düzəldilməsi çətin olan ciddi yanlışlıqlara səbəb ola bilər. Eqoizm və həddən artıq qürurluluq sizə mənfi tərəfdən xidmət edəcək.
Oğlaq - Qarışıq, ağır bir gündür. İtkilərin olması ehtimalı böyükdür. İtkilərə yol verməmək üçün olduqca ehtiyatlı olmalısınız. Ətrafınızda baş verənlərə həddən artıq sərt reaksiya verirsiniz. Hər bir xoşagəlməz hadisəni fəlakət kimi qəbul edirsiniz. Şübhəli yanaşmanız və qısqanclığınız yaxınlarınızın xətrinə dəyir.
Dolça - Təhriklərə uymasanız, həmən təslim
olmasanız, çox şeyə nail ola bilərsiniz. İşgüzar danışıqları uğurla
bitirə, sizə böyük köməyi dəyə biləcək bir insanın dəstəyini qazana
bilərsiniz. Həm özünüzün imkanlarını, həm ətrafınızdakıların gücünü
düzgün qiymətləndirir, kimsədən bacara bilməyəcəyini tələb
etmirsiniz. Sizin üçün qiymətli olan insanların zəifliklərinə göz
yumursunuz.
Balıqlar - Balıqlar üçün bu gün əlverişli
emosional fonu ilə seçilir. Əhvalınız yaxşıdır, optimistsiniz.
Ərtafınızda kimsə ruhdan düşürsə, sizin yumor hissiniz ona yardımçı
olur.
Bu gün alış-veriş və müqavilələr bağlamaq üçün də yararlıdır.
Özünüzdən yaşca böyük qohumlarınız və qadınlarla anlaşılmazlıqlar
ola bilər. Kişilərlə isə asanlıqla dil tapa biləcəksiniz.
milli.az