İndoneziyada baş vermiş zəlzələ qurbanlarının sayı artıb

İndoneziyada baş vermiş zəlzələ qurbanlarının sayı artıb
00:22 17 Dekabr 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ İndoneziyanın Yava adasında baş vermiş 7,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində azı 2 nəfər ölüb.
"Report" xəbər verir ki, təbii hadisə zamanı 40-dan çox ev dağılıb, daha 65 tikiliyə maddi zərər dəyib.
İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Mərkəzinin nümayəndəsi Sutopo Purvo Nuqroxo bildirib ki, ölənlər dağılmış evlərdən birinin altında qalıb. Bunlar 62 və 80 yaşlı Yava adasının sakinləridir.
Qeyd edək ki, zəlzələ dekabrın 16-na keçən gecə saatlarında baş verib. Paytaxt Cakartada da hiss olunan yeraltı təkanlar nəticəsində həmçinin 5 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-bas-vermis-zelzele-qurbanlarinin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR