Türkiyədə 2016-cı ildə baş vermiş FETÖ hadisələri ilə bağlı həbs edilənlərin sayı açıqlanıb

Türkiyədə 2016-cı ildə baş vermiş FETÖ hadisələri ilə bağlı həbs edilənlərin sayı açıqlanıb
02:07 17 Dekabr 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayını açıqlayıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 2018-ci ilin büdcəsi ilə bağlı çıxış edən nazir ötən ilin 15 iyulundan 159 min 506 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib. Onlardan 47 min 523 nəfəri həbs edilib.
Bu il 2 min 140 terrorçunun zərərsizləşdirildiyini bildirən nazir ötən il terror təkilatına 633 nəfərin qoşulduğu halda 2017-ci il həmin rəqəmin 117 olduğunu qeyd edib. Süleyman Soylu vurğulayıb ki, təhlükəsizlik qüvvələri 2500, 3000 metr yüksəkliklərdə antiterror əməliyyatları keçirərək, terrorçuların sığınacaqlarındakı silah-sursatları məhv edib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 675 hadisənin qarşısını alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-2016-ci-ilde-bas-vermis-feto-hadiseleri-ile-bagli-hebs-edilenlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR