Honduras prezidentinin bacısının olduğu vertolyot qəzaya uğrayıb

Honduras prezidentinin bacısının olduğu vertolyot qəzaya uğrayıb
03:32 17 Dekabr 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Hondurasın mərkəzi hissəsində göyərtəsində 6 nəfərin olduğu vertolyot qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Heraldo" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, vertolyotda prezident Xuan Orlando Ernandesin bacısı İlda Ernandes də olub. Yüngül "Eurocopter AS350" vertolyotu Mərkəzi Amerika ölkəsinin Hərbi Hava Qüvvələrinə məxsus olub. Vertolyotun Fransisko-Morasan departamentində qəzaya uğradığı qeyd edilir.
TASS agentliyi isə "Prensa" qəzetinə istinadən Hərbi Hava Qüvvələrinə hər hansı fövqəladə hadisə barədə məlumat daxil olmadığını bildirib. Güman edilir ki, pilot pis hava şəraiti səbəbindən məcburi eniş edib.
Vertolyotun axtarışına 6 helikopter, ordu və polis bölmələri cəlb edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/honduras-prezidentinin-bacisinin-oldugu-vertolyot-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR