Tərtərdə qumbara, Tovuzda top mərmiləri tapıldı

Tərtərdə qumbara, Tovuzda top mərmiləri tapıldı
05:29 17 Dekabr 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Tərtərdə və Tovuzda partlamamış hərbi sursatlar aşkarlanıb.  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Lent.az-a daxil olan məlumata görə, dekabrın 16-da  tarixində FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qapanlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.        

                                 

Aşkar olunmuş qumbaranın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

Həmin gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd 100 mm-lik top mərmisi (O-415) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

 

 

Aşkar olunmuş top mərmilərinin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR