Buxarestdə Rumıniyanın keçmiş kralı I Mixayın dəfni mərasimi keçirilib

Buxarestdə Rumıniyanın keçmiş kralı I Mixayın dəfni mərasimi keçirilib
07:37 17 Dekabr 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində ölkənin keçmiş kralı I Mixayın dəfni mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumatda bildirilir ki, o, 97 yaşında vəfat edib. Avropanın bəzi ölkələrinin kralları, İspaniyanın sabiq kralı I Xuan Karlos və Brtianiya şahzadəsi Çarlz da daxil olmaqla sabiq monarxla vidalaşmaq üçün Rumıniyaya gəliblər.
I Mixay İsveçrədəki iqamətgahında 97 yaşında vəfat edib. Ötən ilin martında ona onkoloji xəstəlik diaqnozu qoyulub.
I Mixay Rumıniyaya iki dəfə - 1927-ci ildən 1930-cu ilə qədər, həmçinin 1940-cı ildən 1947-ci ilə qədər rəhbərlik edib. O, ikinci hakimiyyəti dövründə ölkəni Hitler koalisiyasından çıxarıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/buxarestde-ruminiyanin-kecmis-krali-i-mixayin-defni-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR