Cakartada 40 min insan Trampın Qüdslə bağlı qərarına qarşı etiraz aksiyası keçirir

Cakartada 40 min insan Trampın Qüdslə bağlı qərarına qarşı etiraz aksiyası keçirir
09:57 17 Dekabr 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bazar günü İndoneziyanın paytaxtı Cakartada azı 40 min insan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına etiraz əlaməti olaraq küçələrə çıxıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Straits Times" nəşri yazıb.
Çoxminlik kütlə milli müstəqillik abidəsi önünə toplaşıb. Yerli polis nümayəndəsinin sözlərinə görə, vəziyyət sabit və təhlükəsizdir.
Abidənin 100 metr aralığında ABŞ-ın Cakartadakı səfirliyi yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cakartada-40-min-insan-trampin-qudsle-bagli-qerarina-qarsi-etiraz-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR