Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb
11:07 17 Dekabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki. 17 dekabr. REPORT.AZ/ Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub.
ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.
Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-hemkendlisini-bicaqlayan-sexs-yaxalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR