Nazir: "Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib"

Nazir: "Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib"
11:53 17 Dekabr 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib".

Publika.az xəbər verir ki, bunu bu gün müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y Camalov bunu ötən ilin aprel döyüşlərinin bir daha sübut etdiyini vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR