Nazir: "Aprel döyüşlərində düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı"

Nazir: "Aprel döyüşlərində düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı"
12:32 17 Dekabr 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib"
Bakı. 17 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri bir daha sübut etdi".
“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı". 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/nazir-aprel-doyuslerinde-dusmenin-canli-quvve-ve-texnikasinin-mehv-edilmesinde-yeni-nov-milli-mudafie-teyinatli-mehsullar-muhum-rol-oynadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR