Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başlayıb

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başlayıb
15:22 17 Dekabr 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili tərəfdarlarının "İmpiçment marşı" aksiyası başlayıb.
“Report” xəbər verir ki, "Ukraynskaya pravda" nəşrinin məlumatına görə, aksiyada 4-6 min nəfər iştirak edir.
Bildirilir ki, Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.
Mitinqçilər əllərində bayraqlar tutublar və "Yaşasın Ukrayna" və "İmpiçment" şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edəcəklər və orada yığıncaq keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/kiyevde-saakasvili-terefdarlarinin-yurusu-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR