Nazirlik əməkdaşları peşə bayramlarını qeyd etdilər

Nazirlik əməkdaşları peşə bayramlarını qeyd etdilər
17:18 17 Dekabr 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.

Publika.az APA-ya istinadən xəbər verir ki, nazirliyin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın xatirəsini yad etdi, məzarları önünə əklil, gül dəstələri qoyublar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları ziyarət edilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Sonra "Radioquraşdırma" zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanılıb. Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edib. Y. Camalov bildirib ki, bayram ərəfəsində prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının "Əməkdar mühəndis" fəxri adına layiq görülmələrinə, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmalarına dair sərəncamlar imzalayıb. Nazir bu münasibətlə Prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib.

Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə "Qabaqcıl müdafiə sənayesi işçisi" nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr də təqdim edilib. Eyni zamanda nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/224616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR