Cocuq Mərcanlıda 4 500 kv. metr ərazi tam təmizlənib

Cocuq Mərcanlıda 4 500 kv. metr ərazi tam təmizlənib
17:47 17 Dekabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ANAMA dekabrın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi
nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
“Report” xəbər verir ki, gün ərzində kənddə 4 500 (0.45 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat və 2 ədəd piyada əleyhinə mina aşkar edilib.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cocuq-mercanlida-4-500-kv-metr-erazi-tam-temizlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR