Böyük savaş xəbərdarlığı

Böyük savaş xəbərdarlığı
01:21 10 Yanvar 2015
237 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Avropa ölkələri arasında Ukrayna münaqişəsinə görə yalnız genişmiqyaslı müharibə deyil, nüvə savaşı başlaya bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə SSRİ-nin sabiq prezidenti "Der Spiegel" jurnalına müsahibəsində deyib.

Qorbaçov bildirib ki, əvvəl-axır tərəflərin səbri tükənəcək və qorxulu savaş başlayacaq.

"Bu müharibə digərlərindən çox fərqlənəcək. Əsl nüvə müharibəsi olacaq", deyə Qorbaçov bildirib.

Qeyd edək ki, Qorbaçovun Rusiya ilə Avropa ölkələri arasında yeni müharibənin başlayacağı ilə bağlı birinci xəbərdarlığı deyil. Ötən ilin əvvəlində Qorbaçov təcili şəkildə sammit keçirilməsini təklif etmişdi. O, bildirmişdi ki, Ukrayna məsələsi masa üzərində həll olunmasa müharibə başlayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR