Saakaşvili Poroşenkoya məktub yazmadığını bildirib

Saakaşvili Poroşenkoya məktub yazmadığını bildirib
20:57 17 Dekabr 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkoya güzəştə getmək təklifi ilə məktub yazması barədə yayılan xəbərləri təkzib edib.
“Report” xəbər verir ki, bunu o, "strana.ua" internet nəşrinə deyib.
"Mən onlara həmişəkindən daha çox hücum edəcəyəm", - deyə Saakaşvili Poroşenko ilə barışmağa hazır olması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bildirib.
Bununla belə Saakaşvili hakimiyyətlə danışıqlara hazır olduğunu deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/saakasvili-porosenkoya-mektub-yazmadigini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR