"Taliban"ın hücumu nəticəsində 15 əfqan polis ölüb

"Taliban"ın hücumu nəticəsində 15 əfqan polis ölüb
20:57 17 Dekabr 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Əfqanıstanın Hilmənd əyalətində "Taliban" radikal hərəkatı üzvlərinin iki polis postuna hücumu nəticəsində ən azı 14 asayiş keşikçisi ölüb.
“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən "Tolo News" məlumat yayıb.
Hadisə dekabrın 16-dan 17-nə keçən gecə baş verib.
Əyalət qubernatorunun sözlərinə görə, hücumlardan birində 11 polis ölüb, daha ikisi isə yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/taliban-in-hucumu-neticesinde-15-efqan-polis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR