15 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb

15 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb
20:57 17 Dekabr 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ İsrail ordusunun hərbçiləri İordan çayının Qərb sahilindən yəhudi dövlətinin ərazisinə keçən 15 fələstinlini saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti öz "Twitter" səhifəsində məlumat yerləşdirib.
"Bir müddət əvvəl sərhədçilərimiz Arabun kəndi yaxınlığında verilən həyəcan siqnalına qalxıblar....Onlar orada sərhədi qeyri-leqal keçən 15 nəfəri saxlayıblar. Sərhəd divarı yaxınlığında nərdivan tapılıb", — deyə bəyanatda bildirilir.
Mətbuat xidməti hadisənin təfərrüatları barədə məlumat verməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/15-felestinli-i-srail-herbcileri-terefinden-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR