Uşağın ürəyinin yarısı çöldə doğuldu – Ürəyi zəif olanlar baxmasın - FOTO/VİDEO

Uşağın ürəyinin yarısı çöldə doğuldu – Ürəyi zəif olanlar baxmasın -
 FOTO/VİDEO
22:03 17 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Lesterdə britaniyalı həkimlər inanılmaz əməliyyat keçirərək yeni doğulmuş körpənin həyatını xilas ediblər.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, ürəyinin və mədəsinin bir hissəsi bədəndən çöldə doğulan qızcığaz qeyri-adi xəstəliklə dünyaya gəlib.

Nadir patologiya - ürəyin ektopiyası - hamiləliyin 9-cu həftəsində ultrasəs müayinəsindən sonra aşkar olunub. Əvvəlcə həkimlər uşağın sağ qalmayacağını ehtimal edib və hamiləliyi kəsməyi məsləhət görüblər. Ancaq qızın valideynləri buna razı olmayıb.

Doğuş vaxtından bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə baş tutub. Uşağın həyatda qalması üçün 50 həkim səfərbər olub. 3 əməliyyatdan sonra ürək süni döş qəfəsinə yerləşdirilib.

Hazırda həkimlər körpənin vəziyyətini qənaətbəxş sayır. Ancaq gələcəkdə necə olacağını dəqiq söyləmək çətindir. Hər şey davam edən müalicədən asılı olacaq. Belə xəstələrin adətən 30 il yaşadığı proqnozlaşdırılır.

Qeyd edək ki, bu tip əməliyyat Böyük Britaniyada uğurla sonuclanan ilk əməliyyatdır.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/224629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR