Qəddafinin oğlu Liviyada keçiriləcək prezident seçkilərində iştirak edə bilər

Qəddafinin oğlu Liviyada keçiriləcək prezident seçkilərində iştirak edə bilər
03:07 18 Dekabr 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ 2011-ci ildə qətlə yetirilmiş Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edə bilər.
“Report” xəbər verir ki, bu barədə Qəddafi ailəsinin nümayəndəsi olan Basim əl-Haşimi əl-Sulyə istinadən "Egypt Today" nəşri məlumat yayıb.
"Seyf əl-İslam 2018-ci ildə keçirilə biləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcək", - deyə o bildirib.
Nümayəndənin sözlərinə görə, keçmiş Liviya liderinin oğlu yaxın vaxtlarda öz proqramını təqdim etməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeddafinin-oglu-liviyada-kecirilecek-prezident-seckilerinde-istirak-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR