Kanadada təyyarə qəzası nəticəsində pilot ölüb

Kanadada təyyarə qəzası nəticəsində pilot ölüb
05:02 18 Dekabr 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Kanadanın Manitoba əyalətinin meşə zonasında kiçik mühərrikli hava gəmisinin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
"Report" CBC kanalına istinadən xəbər verir ki, "Piper" şirkətinə məxsus təyyarənin sükanı arxasında 60 yaşlı pilot olub.
O, Manitoba əyalətinin şimal hissəsində yerləşən Gillam şəhərindən cənubdakı Arqayl yaşayış məntəqəsi istiqamətində uçub.
Göyərtədə pilotdan başqa heç kim olmayıb. Uçuş zamanı təyyarə ilə əlaqə kəsilib. Hava gəmisinin qalıqları Bolder şəhər aeroportu yaxınlığındakı meşəlik ərazidən tapılıb.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi İdarəsi araşdırmalara başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadada-teyyare-qezasi-neticesinde-pilot-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR