ABŞ-ın milli təhlükəsizlik strategiyası bu gün elan ediləcək

ABŞ-ın milli təhlükəsizlik strategiyası bu gün elan ediləcək
06:49 18 Dekabr 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bu günə planlaşdırılan çıxışı zamanı ölkənin milli təhlükəsizlik strategiyasını elan edəcək. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. 

 

 

Prezident strategiyanı Konqresin tapşırığı əsasında təqdim edəcək.  Yeni  strategiyada Trampın seçkiqabağı kampaniya zamanı elan etdiyi bəzi prinsiplərin yer alacağı proqnozlaşdırılır. Buna baxmayaraq, strategiyanın yetərincə ənənəvi olacağı gözlənilir. Elan ediləcək strategiya hərbi doktrina və ABŞ-ın iqtisadi təhlükəsizlik strategiyası kimi digər analoji sənədlər toplusuna əlavə olunacaq. Bu ümumi sənədin üzərində Dövlət Departamenti, Pentaqon, Maliyyə Nazirliyi və bir neçə digər dövlət qurumları çalışıb. 

 

 

"Milli təhlükəsizlik strategiyasında 4 əsas milli maraq öz əksini tapıb - amerikalıların müdafiəsi, amerikalıların rifahının yaxşılaşdırılması, sülhün güc vasitəsi ilə qorunması və Amerika təsirinin genişləndirilməsi", - deyə Ağ Evin məlumatında bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR