Tovuzda qəza: Avtomobil yoldan çıxıb evə girdi

Tovuzda qəza: Avtomobil yoldan çıxıb evə girdi
07:43 18 Dekabr 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Ülfət Qəməd oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq evlərdən birinə çırpılıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR