Rusiyanın cüdo üzrə 3 olimpiya çempionu karyerasını başa vurub

Rusiyanın cüdo üzrə 3 olimpiya çempionu karyerasını başa vurub
09:37 18 Dekabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın ən yeni tarixində cüdo üzrə ilk 3 olimpiya çempionu karyerasını başa vurub. "Report"un məlumatına görə, bunlar 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibləri Arsen Qalstyan, Mansur İsayev və Tahir Xaybulayevdir.
Hər 3 cüdoçunun təntənəli yolasalma mərasimi Sankt-Peterburqda "Masters" turnirindən sonra təşkil olunmuş qala-gecədə keçirilib. London olimpiadasının bürünc mükafatçısı İvan Nifontov, Avropa və dünya çempionatlarının mükafatçıları Sirajudin Maqomedov, Kamal Xan-Maqomedov, Qriqori Sulyomin, Kirill Voprosov, Alim Qadanov, Sergey Samoyloviç və Batradz Kaytmazov da böyük idmanla vidalaşıb.
Qeyd edək ki, "London-2012"də Arsen Qalstyan 60 kq, Mansur İsayev 66 kq, Tahir Xaybulayev 100 kq çəkidə qızıl, İvan Nifontov isə 81 kq-da bürünc medal qazanıb. "Masters" turnirində bu idmançıların heç biri çıxış etməyib. Rusiya yığması onların yoxluğunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Yarışda iştirak edən Azərbaycan millisi isə 2 bürünc medalla kifayətlənib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rusiyanin-cudo-uzre-3-olimpiya-cempionu-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR