ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlanacaq

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlanacaq
10:23 18 Dekabr 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayacaq.

Publika.az xəbər verir ki, yeni strategiya layihəsində Qətər-müsəlman qardaşları xəttinə qarşı mübarizənin sərtləşəcəyinə dair əhəmiyyətli detallar olacağı ehtimal edilir.

ABŞ-ın BMT-dəki daimi təmsliçisi Nikki Halinin də keçən həftə nüvə qalıqları qarşısındakı şousu və dünyadakı terrorzimin baş sponsoru elan etdiyi İrana qarşı beynəlxalq koalisiya axtarışı yeni Milli Təhlükəsizlik Strategiyasının başqa bir qolu olacaq.

Məhz bu iki detal aylardır yüksək təzyiq altında olan ABŞ-Türkiyə münsaibətlərinin getdikcə qopacağına işarə verir.

Bütün bunlarla yanaşı, ABŞ hökuməti Suriyadakı müharibə sonrası YPG terror təşkilatının daxilində PKK təsirini qırmaq üçün yollar axtarır. Ancaq digər tərəfdən 2018-ci il büdcəsindən Suriya üçün ayrılan 500 milyon dollarlıq maliyyə yardımı bu fikirləri alt-üst edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR