Azərbaycan nümayəndə heyətinin rəhbəri: "GUAM PA-da mühüm sənədlər qəbul olunacaq"

Azərbaycan nümayəndə heyətinin rəhbəri: "GUAM PA-da mühüm sənədlər qəbul olunacaq"
10:42 18 Dekabr 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 dekabr. REPORT.AZ/ "GUAM Parlament Assambleyasının Tbilisidə keçirilən onuncu sessiyasında bir sıra mühüm sənədlər qəbul olunacaq".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Onun sözlərinə görə, assambleyanın Büro iclasında GUAM ilə Baltik Assambleyasının birgə bəyənnaməsi və Benilüks Təşklilatı ilə birgə kommunikenin layihəsi müzakirə olunub.
A.Kərimli bildirib ki, kommunikedə iki qurum arasında əməkdaşlığın perspektivləri əks olunub. Birgə bəyannamədə isə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyünün bərpası, mövcud münaqişlərin sülh yolu ilə həlli məsələləri qeyd olunub: "Hər iki sənəd Assambleyanın onuncu sessiyasında qəbul olunacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-numayende-heyetinin-rehberi-guam-pa-da-muhum-senedler-qebul-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR