Mədətovun "Beşiktaş"a transferi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Mədətovun "Beşiktaş"a transferi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA
11:03 18 Dekabr 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasındakı çıxışı ilə bütün diqqətləri üzərinə toplayan "Qarabağ”ın gənc yarımmüdafiəçisi Mahir Mədətova transfer təklifi gəlib.

Publika.az “Futbol+” saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Türkiyənin “Beşiktaş” klubunun maraq dairəsindədir.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Çelsi” oyununda Bakının qonağı olan “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş “Qarabağ”lı həmkarından M.Mədətov barədə məlumatlar alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da M.Mədətovun transferinə razılığını bildirib.

Gənc futbolçunun transfer detallarının müzakirəsi məqsədilə "Beşiktaş” rəsmilərinin Bakıya gələcəyi bildirilib.

“Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə isə “Beşiktaş”dan təmsilçimizə M.Mədətovun transferinə dair rəsmi müraciət daxil olmayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR