Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib

Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib
11:12 18 Dekabr 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Kabildə yerləşən Əfqanıstan Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum ediblər.
"Report" "TOLO News"a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Direktoratlığının binasına yaxınlıqda tikilən binadan atəş açıldığı bildirilir.
Hadisə yerində təhlükəsizlik qüvvələri gəlib, atışma davam edir.
Ölnə və yaralananlar barədə məlumat yoxdur.
"Khaama Press" agentliyi isə şəhərdə partlayış olduğunu və ardından atışma səsləri eşidildiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kabilde-kesfiyyat-i-daresinin-telim-merkezine-hucum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR