“Mançester Siti” Xosep Qvardiolaya 80 milyon funt sterlinq təklif edəcək

“Mançester Siti”  Xosep Qvardiolaya 80 milyon funt sterlinq təklif edəcək
11:17 18 Dekabr 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ İngiltərinin “Mançester Siti” futbol klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis üçün gələn yay 80 milyon funt sterlinq qarşılığında 4 illik sözləşmə təklifi irəli sürüləcək. Qvardiola 2016-c il fevralın 1-də “Mançester Siti” ilə 3 illik müqavilə bağlayıb. Onun hazırkı illik əmək haqqı 20 milyon avrodur. İspaniyalı baş məşqçi ötən ilin yayından “şəhərlilər”in sükanı arxasındadır. Yeni müqaviləyə əsasən, o, ildə 20 milyon funt sterlinq qazanacaq. 
"Mançester Siti" rəhbərliyi Qvardiolanın köməyi ilə, "Mançester Yunayted"ə 27 il rəhbərlik etmiş Aleks Ferqyuson kimi sülalə qurmaq istəyir. Rəhbərlik Pepin ən azı 10 il müddətində "şəhərlilər"in sükanı arxasında olacağını və xeyli titul əldə edəcəyini düşünür. 
Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında 3-cü yeri tutsa da, hazırda 18 turdan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Mançester Yunayted”i 11 xal qabaqlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-xosep-qvardiolaya-80-milyon-funt-sterlinq-teklif-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR