İraqda olan azərbaycanlı uşaqlarla bağlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır.

Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, orada olan Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir:

"Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları tərəfindən İraqda olan uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır. Artıq uşaqların bəziləri gətirilib. Bu proses davam edir". //Trend

Gözlənilən oldu, avtomobillər BAHALAŞDI - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR