"Putincoin" bir gündə 126% bahalaşıb

"Putincoin" bir gündə 126% bahalaşıb
12:02 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan kriptovalyuta - "Putincoin" "YoBit" birjasında bir gündə 126% bahalaşaraq 0,04 dollara yüksəlib. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu, dünən kriptovalyuta bazarında qiyməti ən çox artan valyutalardan biri olub. Onun kapitallaşması hazırda 8,5 mln. dollar təşkil edir. Dövriyyədə 316,2 mln. ədəd "Putincoin" var.
"Putincoin"in internet səhifəsində "Putincoin, rus xalqına və Putinə ithaf olunaraq yaradılmış rəqəmsal valyutadır. Putincoin iş adamları və texnologiya layihələri üçün bir çox imkanlar yaradacaq" deyilir.
Xatırladaq ki, Rusiya Prezidenti virtual valyutalar barədə fikrində "bir çox ölkədə rəqəmsal valyutalar normal ödəmə vasitəsinə çevrilir və çevrilib. Kriptovalyutalar həmçinin risk daşıyır və bu mənada Mərkəzi Bankımızın narahatlığını başa düşürəm" deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/putincoin-bir-gunde-126-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR