Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyib

Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyib
12:12 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ "Son illər ərzində tu­rizm Azərbay­can iqtisadiyyatının şaxələndiriməsi işində aparıcı sahələrdən biri olub".
"Report" un məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin mü­avini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
N.Səmədov bildirib ki, 2016-cı ilin müvafiq dövrü ilə mü­qayiədə bu ilin 11 ayı ərzində Azərbayca­na gələn turistlərinm sayı 20 faiz artıb və 2 milyon 477 min­dən artıq olub. 
N.Sə­mədov qeyd edib ki, ölkəyə gələn xarici turistlər 1.3 mily­ard dollar xərcləyib, Azərbaycandan xari­cə gedən turstlər isə 1.2 milyard dollar xərcləyib: Bu sahədə 100 mily­on dollar müsbət sal­do yaranıb ki, bu da təqdirəlayiq haldır." 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/bu-il-turistler-azerbaycanda-1-mily-ard-300-milyon-dollar-xercleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR