İraq gözəli bu hərəkətinə görə ölümlə hədələndi - FOTO

İraq gözəli bu hərəkətinə görə ölümlə hədələndi - FOTO
12:29 18 Dekabr 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

 

İraq gözəli Sarah Idan İsrail gözəli Adar Gandelsman ilə birlikdə çəkilmiş şəklini paylaşdığına görə ailəsi İraqı tərk etməli olub. Lent.az-ın haberturk.com-a istinadən məlumatına görə, Sarah Idan İraq təmsilçisi kimi Dünya Gözəllik yarışmasına qatılıb. Las Veqasda keçirilən “Miss Universe” Dünya Gözəllik Yarışmasından əvvəl İraq gözəli Sarah Idan İsrail gözəli ilə bərabər şəkil çəkdirib. Sarah Idan bu şəkli sosial şəbəkədə paylaşmasından sonra təhdid mesajları alıb. İraq gözəllik yarışmasının heyəti ondan şəkli silməsini, əks halda tacının geri alınacağını deyib.

 

Idan bu şəkli İraq və İsrail xalqlarının arasında əslində bir problem olmadığını və onların sülhün elçisi olduğunu göstərmək məqsədi ilə paylaşdığını desə də, ona qarşı sərt reaksiyaların qarşısını ala bilməyib. Idanın ailəsi İraqı tərk etmək məcburiyyətində qalıb.

 

ABŞ vətəndaşlığı olan Sarah Idanın bu ölkədə qalacağı ehtimal edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR