Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyib

Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyib
12:38 18 Dekabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son illər ərzində tu­rizm Azərbay­can iqtisadiyyatının şaxələndiriməsi işində aparıcı sahələrdən biri olub".

Bunu mədəniyyət və turizm nazirinin mü­avini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

N.Səmədov bildirib ki, 2016-cı ilin müvafiq dövrü ilə mü­qayiədə bu ilin 11 ayı ərzində Azərbayca­na gələn turistlərinm sayı 20 faiz artıb və 2 milyon 477 min­dən çox olub.

O qeyd edib ki, ölkəyə gələn xarici turistlər 1.3 mily­ard dollar xərcləyib, Azərbaycandan xari­cə gedən turstlər isə 1.2 milyard dollar xərcləyiblər: "Bu sahədə 100 mily­on dollar müsbət sal­do yaranıb ki, bu da təqdirəlayiq haldır." (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/224697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR