Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının iclası keçiriləcək

Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının iclası keçiriləcək
14:32 18 Dekabr 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Moskvada dekabrın 19-20-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, "Sipər-2017" xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.
Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.
Qeyd edək ki, bu şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvada-mdb-olkelerinin-tehlukesizlik-ve-xususi-xidmet-orqanlarinin-rehberleri-surasinin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR