Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər

Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər
15:37 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər.
"Report"un Rusiya bürosunun məlumatına görə, ilk dəfə təşkil olunan belə konsert Moskva Millətlər Evində keçirilib.
Konsertdə səhnəyə türkiyəli ifaçılardan savayı, Moskvadakı türkdilli diasporların - Azərbaycan, Özbəkistan və Qırğızıstanın nümayəndələri, eləcə də yerli yaradıcı qruplar çıxıblar. Azərbaycanı konsertdə müğənni İlona Yankovskaya və "Milli studiya" rəqs qrupu təmsil edib.
Rusiyadakı Türkiyə diasporunun lideri Yusuf Şen konsertin təşkilinə dəstək verdiklərinə görə türkdilli diasporlara təşəkkür edib.
Tədbirdə çıxış edən Rusiya İctimai Palatasının üzvü Sergey Markov Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından danışıb və bu cür tədbirlərin xalqların dostluğunu möhkəmləndirmək üçün vacib olduğunu qeyd edib.






Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycanli-ifacilar-moskvada-rusiya-turkiye-dostluq-konsertinde-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR